Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:34

Əfqanıstan prezidenti Taliban liderini prezidentlik uğrunda mübarizəyə çağırıb


Əfqanıstan prezidenti Hamid Karzai Talibanın lideri Molla Mohammad Omarı
Hökumətlə mübarizədən əl çəkməyə və prezidentlik uğrunda mübarizə aparmağa çağırıb.

O bu gün Kabildə jurnalistlər qarşısında çıxış edərkən bildirib ki, Molla Mohammad Omar siyasi partiya yaradıb Əfqanıstanda ofis aça və seçkilərdə mübarizə apara bilər.

2001-ci ildə Əfqanıstanda Taliban rejimi devrildikdən sonra Molla Mohammad Omarın yeri bəlli deyil.

Birləşmiş Ştatlar onun həbsinə aparan məlumata 10 milyon dollar vəd edib.

Əfqanıstan prezidenti Hamid Karzai talibançılar və digər yaraqlıları silahı yerə qoyub sülh prosesinə qoşulmağa çağırıb.
XS
SM
MD
LG