Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:13

Khamenei: Qərb 30 ildə İranı sanksiyalarla «peyvənd edib»


İranın Ali Dini lideri Ali Khamenei Tehranda Ayatollah Ruhollah Khomeininin ölümününün 23-cü anım mərasimində 2012-ci il
İranın Ali Dini lideri Ali Khamenei Tehranda Ayatollah Ruhollah Khomeininin ölümününün 23-cü anım mərasimində 2012-ci il
İran yerli medianı beynəlxalq sanksiyaların təsirindən yazmamağa çağırır.

İranın Mədəniyyət Naziri Mohammad Hosseini hesab edir ki, belə məlumatlar İranın milli maraqlarına zərər vura bilər.

Mohammad Hosseini hökumət saytlarından birinə deyib ki, ölkənin sanksiyalardan ziyan çəkməməyi üçün mediadan daha çox əməkdaşlıq tələb olunur.

Onun bu bəyanatı iqtisadi çətinliklərin yaranması haqda informasiyalara nəzarət etmək səylərinin rəsmi etirafı kimi qiymətləndirilir.

İranda ənənəvi və online media senzuradan keçirilir.

İRAN «100 FAİZLİK GÜCƏ» SAHİB OLUB

Bu arada isə İranın Ali Dini lideri Ali Khamenei bu ay qoyulan sərt sanksiyaları rədd edib, deyib ki, onun ölkəsinin immuniteti var. O, bildirib ki, Qərb ölkələri ötən 30 ildə İranı belə sanksiyalarla «peyvənd edib».

Ali Khameneinin sözlərinə görə, İran bu illər ərzində «100 faizlik gücə» sahib olub.

ABŞ və Qərb dövlətləri hesab edirlər ki, İran nüvə silahı layihəsi üzərində işləyir və bunu öz ölkələrinə ciddi təhlükə sayırlar. İran bunu rədd edir.

Bir müddətdir ki, İrana qarşı beynəlxalq sanksiyalar həyata keçirilir. İyulun 1-dən isə
Avropa Birliyi İranın neft sektoruna embarqo qoyub.

İqtisadçılar bu sanksiyaların İran iqtisadiyyatına ciddi zərər vuracağını hesab edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG