Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:16

İslam Partiyası sədrinin müavini həbsxanada vəfat edib


- Vaqif Abdullayev

Vaqif Abdullayev


İyulun 12-də İslam Partiyası sədrinin təşkilati məsələlər üzrə müavini Vaqif Abdullayev Penitensiar Xidmət İdarəsinin Müalicə Müəssisəsində vəfat edib.

Bu haqda AzadlıqRadiosuna onun vəkili Anar Qasımov məlumat verib:

«Dünən qızı zəng etmişdi ki, məlumat veriblər ki, vəziyyəti pisdir, gəlin. Gediblər, ancaq görüş verməyiblər. Deyiblər sabah görüş veriləcək, sabah da belə».

Anar Qasımov deyir ki, Vaqif Abdullayevin xərçəng xəstəliyindən əziyyət çəkdiyi ehtimalı varmış:

«Mən onunla iki gün əvvəl görüşdüm. Görüş otağına gələ bilmədi. Mən palataya çıxdım. Yataqda idi, vəziyyəti ağır idi. Həkimdən diaqnoz istədim ki, səhhəti ilə bağlı vəsatətə əlavə edim. Həkim dedi iki günə hazır olacaq».

Vaqif Abdullayev 2011-ci il oktyabrın 7-də dövlətə xəyanət, terrorçuluq, silah saxlamaq və başqa maddələrlə ittiham olunaraq 11 il azadlıqdan məhrum edilmişdi. Müdafiə tərəfi ittihamların əsassız olduğunu bildirirdi.

Penitensiar Xidmət İdarəsinin mətbuat xidmətindən Vaqif Abdullayevin vəfat etdiyini, əlavə məlumat verə bilməyəcəklərini bildiriblər.

Vaqif Abdullayev Hövsan qəbiristanlığında dəfn olunub.

«Bir həftə idi ki, Vaqif Abdullayevin vəziyyəti ağır idi. Onu belə vəziyyətdə həbsdə saxlamaq qeyri-humanist addım idi» - deyə, İslam Partiyasının siyasi məsələlər üzrə müavini Akif Heydərli AzadlıqRadiosuna bildirib.

Şərhləri göstər

XS
SM
MD
LG