Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:45

Tacikistanda işgəncə halları artır


Arxiv foto: Tacikistan - Amensty İnternational təşkilatının ölüm hökmləri və edamlarla bağlı hesabatı, 2010-cu il
Arxiv foto: Tacikistan - Amensty İnternational təşkilatının ölüm hökmləri və edamlarla bağlı hesabatı, 2010-cu il
«Amnesty International» deyir ki, Tacikistan həbsxanalarında işgəncə, döymə və məhbuslara qarşı kobud davranış halları mövcuddur.

Təşkilatın Tacikistan həbsxanalarındakı vəziyyətlə bağlı açıqladığı hesabat «Məhv olmuş həyatlar: Tacikistanda işgəncə və digər kobud münasibətlər» adlanır.

«Amnesty International» bu hesabatında tacik məhbusların üzləşdiyi risklər barədə danışır.
Hesabatda deyilir ki, hakimiyyət orqanları işgəncə faktlarını araşdırmır.

«Amnesty International» Tacikistan həbsxanalarında elektrik şok, qaynar su, döymə, siqaretlə yandırma, zorlama və zorlama ilə hədələmə kimi işgəncə metodlarının olduğunu yazıb.

Hesabatda deyilir ki, bu işgəncə hallarından ölüm faktları var. Məhbuslar belə işgəncə hallarında ya onlara verilən ittihamı təsdiqləməklə, ya da rüşvətlə yaxa qurtarır.

Təşkilat onu da qeyd edir ki, korrupsiya və cəzasızlıq mühitində Tacikistanda işgəncə halları artır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG