Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:07

Amnesty International: "Tacikistan həbsxanalarında işgəncə halları var"


Amnesty International deyir ki, Tacikistan həbsxanalarında işgəncə, döymə və məhbuslara başqa kobud davranış halları mövcuddur.

Təşkilatın Tacikistan həbsxanalarındakı vəziyyətlə bağlı açıqladığı hesabat "Məhv olmuş həyatlar: Tacikistanda işgəncə və digər kobud münasibət" adlanır.

Amnesty International bu hesabatında tacik məhbusların üzləşdiyi risklər barədə danışır.
Hesabatda deyilir ki, hakimiyyət orqanları işgəncə faktlarını araşdırmır.

Amnesty International Tacikistan həbsxanalarında işgəncə metodlarını açıqlayıb: elektrik şok, qaynar su, döymə, siqaretlə yandırma, zorlama və zorlama ilə hədə.

Hesabatda deyilir ki, bu işgəncə hallarından ölüm faktları var. Məhbuslar belə işgəncə hallarında ya onlara verilən ittihamı təsdiqləməklə, ya da rüşvətlə yaxa qurtarır, - Amnesty International göstərir.

Təşkilat onu da qeyd edir ki, korrupsiya və cəzasızlıq mühitində Tacikistanda işgəncə halları artır.

Londonda yerləşən Amnesty International beynəlxalq hüquq müdafiəsi ilə məşğul olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG