Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:38

Selin üzə çıxardığı eyiblər...


Mətbuat icmalı
Mətbuat icmalı
AĞSUDAKI SEL FƏLAKƏTİ HANSI EYİBLƏRİ ORTAYA ÇIXARDI?

«Bizim yol» qəzeti yazır ki, 5 kəndin sakinlərini 3 ildir qəzalı evlərindən köçürmürlər. Ağsunun Kalva, Dilman, Suraxanı, Xatman və Hacıman kəndlərinə sel gələndən evlərə qalxmaq xeyli çətinləşib.

Kalva kəndinin sakini Ağasəlim Quliyev divarları seldən çat verən evini göstərib yaşayışlarının çətinləşdiyini bildirir. «Ayağını döşəməyə basdıqca bu dəqiqə yıxılacaqmış kimi ehtiyat edirsən. Döşəmə ilə divarın birləşdiyi yer aralanıb. Ev sahibi deyir ki, buradan ilanlar keçir. Hər gün iki, üç ilanı evdən çıxarıb atırlar».

«BİZ BU GÖLLƏRİ TƏMİZLƏMƏLİYİK»

«Azərbaycan» qəzeti prezident İlham Əliyevin iyulun 11-də Nazirlər Kabinetinin iclasındakı çıxışına geniş yer ayırıb. Ekologiya problemlərindən danışan prezident bildirib ki, «biz köhnəlmiş, ekoloji cəhətdən təhlükəli sənaye müəssisələrini şəhərin mərkəzindən çıxarırıq, yeni yerlərə köçürürük. Şəhərin mərkəzində - köçürülən köhnəlmiş sənaye müəssisələrinin yerlərində ictimai istifadə üçün yerlər yaradılmalıdır».
İlham Əliyev Bakıda və ətraf qəsəbələrdə çirklənmiş göllərin həddindən artıq çox olduğunu vurğulayıb: «Təxminən 30-a qədər göl var. O göllərin yaranması tarixi bizə bəllidir. Oraya lay suları, kanalizasiya suları axır. Bu, əlbəttə ki, Bakının müasir simasına uyğun gəlmir. Göstəriş verilib, hazırda İqtisadi İnkişaf Nazirliyi və «Azərsu» şirkəti bu məsələ ilə bağlı təkliflər hazırlayır. Biz bu gölləri təmizləməliyik, abadlaşdırmalıyıq, kanalizasiya və drenaj sistemlərini yaratmalıyıq ki, bu göllərdən Bakı sakinləri və onun qonaqları istifadə etsinlər. Hazırda çox acınacaqlı mənzərə təşkil edən bu göllər gözəl, şəffaf göllərə çevrilməlidir».

«MÜSAVAT PARTİYASINDA BELƏ BIR PROBLEM YOXDUR»

Müsavat Partiyasının başqanı İsa Qəmbər «Yeni Müsavat» qəzetinə müsahibəsində deyib ki, «hakimiyyətlə müxalifət arasında dialoqun açar mövzularından birincisi prezident seçkilərinə qədər parlament seçkilərinin keçirilməsi ideyası ola bilər. «Ölkəni bürümüş böhrandan çıxış yolu kimi, ilk addım kimi hesab edirəm ki, bu mövzu çox yararlı bir mövzudur və bu barədə qərar qəbul olunsaydı, bütün istiqamətdə real açılımlar həyata keçirtmək olardı».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG