Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:13

Azərbaycan və Tacikistan prezidentləri görüşüb


Azərbaycanda rəsmi səfərdə olan Tacikistan prezidenti Emoməli Rəhmon iyulun 12-də prezident İlham Əliyevlə təkbətək görüşüb.

AzərTac-ın məlumatına görə, görüşdə Azərbaycanla Tacikistan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilib. Dövlətlər arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib.

Tacikistan prezidentinin Azərbaycana rəsmi səfərinin ölkələr arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparılıb.
XS
SM
MD
LG