Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 20:05

Rusiyada böhtana görə maddə bərpa olunur


Rusiyanın Dövlət Duması böhtana görə cinayət işinin bərpasını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.

Hakim Vahid Rusiya partiyasından olan 7 deputatın təqdim etdiyi sənədi yalnız bu fraksiya dəstəkləyib.

Kommunist, Liberal Demokrat və Ədalətli Rusiya partiyaları sənədin əleyhinə səs veriblər.

Qanun layihəsində həmçinin böhtana görə cəzanın artırılması nəzərdə tutulur.

Bu maddə keçmiş prezident Dimitri Medvedevin təşəbbüsü ilə ötən ilin dekabrında
Rusiyanın cinayət məcəlləsindən çıxarılmışdı.
XS
SM
MD
LG