Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:40

Daha bir qrup Azərbaycan idmançısı London Olimpiyadasına yollanır


Foto arxiv
Foto arxiv
BP Azərbaycan" şirkəti London Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının yola salma mərasimini keçirib.

Trend-in məlumatına görə, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir bildirib ki, BP Milli Olimpiya Komitəsi ilə tərəfdaşlıq müqaviləsi imzalayıb və Azərbaycanın 7 idmançısına dəstək verir.

London Olimpiya Oyunlarında Azərbaycanı 53 idmançı təmsil edir.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə tədbirdə bildirib ki, bu il Azərbaycanda "İdman ili" olması ilə yanaşı, Milli Olimpiya Komitəsinin 20 illik yubileyi qeyd olunur.

O MOK ilə BP arasında əməkdaşlığın London Olimpiadasından sonra, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında da davam edəcəyinə ümidlə yanaşdığını deyib.

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov isə bildirib ki, Paralimpiya Oyunlarına ilk dəfə 1996-cı ildə iki idmançı ilə qatılan Azərbaycan London Paralimpiya Oyunlarında 6 növ üzrə 21 idmançı ilə təmsil olunacaq.
XS
SM
MD
LG