Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:38

Rusiyada internet saytlarının qara siyahısı hazırlanacaq


Rusiyanın Dövlət Duması internet saytlarının qara siyahısını nəzərdə tutan qanun layihəsini sonuncu oxunuşda qəbul edib.

Bu qanun qanunsuz və sosial cəhətdən uşaqların həyatı, sağlamlığı və inkişafı üçün təhlükəli olan informasiyalara çıxışın məhdudlaşdırılmasına yönəlib.

“Qara siyahı” 2012-ci il noyabrın 1-dən qüvvəyə minəcək.

Hüquq müdafiəçiləri və bir sıra ekspertlər hesab edir ki, qanunun qəbulu faktiki internet üzərində dövlət senzurası tətbiq edir, informasiyalara sərbəst çıxışı məhdudlaşdırır.
XS
SM
MD
LG