Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 00:43

Madriddə etiraz aksiyası keçirilir


Madriddə 10 minlərlə şaxtaçı və digər işçilər kömür sənayesinə təzminatların ixtisarına etiraz olaraq nümayişə çıxıblar.

Həmkarlar ittifaqları hesab edir ki, təzminatların ixtisarı bunun hesabına yaşayan mədən sənayesinin iflasına, 38 min iş yerinin ləğvinə səbəb olacaq.

İspaniya hökuməti bundan əvvəl ölkədə yeni kəskin iqtisadi tədbirlər qəbul ediləcəyini bəyan edib.

Söhbət vergilərin 21 faizədək artırılmasından, bir sıra üstünlüklər və dövlət qulluqçularına bayram mükafatlarının ləğvindən gedir.
XS
SM
MD
LG