Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:23

Suriyada daha 9 adam öldürülüb


Çərşənbə günü Suriyada baş verən toqquşmalarda azı 9 adam ölüb.

Hüquq müdafiəçiləri onlardan 3-nün dinc sakin, 4-nün üsyançı, 2-nin isə hərbçi olduğunu deyirlər.

Fransanın Xarici İşlər Nazirliyi bu arada bəyan edib ki, Rusiyanın münaqişənin həlli ilə bağlı

BMT təhlükəsizlik şurasına verdiyi qətnamə layihəsi beynəlxalq aləmin istəyinə cavab vermir.

Sənəddə Suriyadakı müşahidəçi missiyasının mandatının uzadılması nəzərdə tutulur.

Amma orda Suriya rejiminə qarşı konkret hər hansı bir sanksiyadan söhbət getmir.

Bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla müxalifətdə olan Suriya milli şurasının üzvləri arasında

Keçirilmiş görüş elə bir nəticə verməyib.
XS
SM
MD
LG