Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:55

Naxçıvanın nümayəndə heyəti Yaponiyada robotların şousuna baxıb


Arxiv foto
Arxiv foto
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Sayı: 83 (20.488) 05 may 2012


NAXÇIVAN MÜƏLLİMLƏR İNSTİTUTUNDA ELMİ – PRAKTİK KONFRANS KEÇİRİLİB

Dünən Naxçıvan Müəllimlər İnstitutunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş «Müasir təlim metodları və yeni pedaqoji texnologiyanın təlim-tərbiyə prosesində tətbiqi» mövzusunda ümumrespublika elmi-praktiki konfransı keçirilib.

Elmi-praktik konfransın plenar iclasını giriş sözü ilə açan institutun rektoru, professor Oruc Həsənli bildirib ki, 2004-cü ildən Naxçıvan Müəllimlər İnstitutunda ənənəvi olaraq keçirilən bu elmi-praktik konfransın əsas məqsədi Azərbaycanda günbəgün yeniləşən müasir təlim metodlarını, həyata keçirilən təhsil islahatlarını öyrənmək, onların tədris prosesində tətbiqi üsullarını araşdırmaq və tədris müəssisələrinin müəllimlərini təhsil sahəsindəki yeniliklər haqqında maarifləndirməkdən ibarətdir.

...Məruzələrdə müasir təhsil konsepsiyasının insan təfəkküründə inikasından, ulu öndər Heydər Əliyevin müasir dövlətçilik tariximizin formalaşmasındakı rolundan, təhsil islahatları sistemində həyata keçirilən fənlərin kurrikulum tədrisindən ətraflı bəhs olunub.

YAPONİYA GÖRÜŞLƏRİ

...Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli Yaponiya İdarəçilik Akademiyasında və Xosey universitetində çıxış etmiş, mənsub olduğu universitetin inkişaf yolu haqqında məlumat vermiş, qarşılıqlı əməkdaşlığa dair təkliflər irəli sürmüşdür. Xosey Universitetinin prezidenti rəsmi olaraq Naxçıvan Dövlət Universitetinə dəvət olunmuşdur. Səfərdə iştirak edən Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Seymur Talıbov Yaponiya universitetlərində Şərq – Qərb əlaqələrinin və ölkələrarası münasibətlərin tədqiq edilib öyrənilməsi təcrübəsi ilə yaxından tanış olmuş, onu maraqlandıran suallara cavab almış, bu barədə əldə olunmuş konkret nəticələrlə əyani tanışlıq imkanı əldə etmişdir.

...Beynəlxalq münasibətlər kafedrasının müəllimi Seymur Talıbov müasir dünyada müharibə əleyhinə mübarizə və sülh uğrunda hərəkatda Xirosima faktorundan istifadəyə dair zəruri tarixi materiallara baxmışdır.

Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Yaponiya Elm və Texnologiya Muzeyində robot texnologiyası ilə tanış olmuş, danışan və hərəkət edən robotların şousuna baxmışdır. Yaponiyanın rəmzi sayılan Fuci dağına səfərdə Yaponiya ölkəsi ilə hərtərəfli tanışlığa imkan yaratmışdır.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Muxtar Respublikada əlillərin hüquqlarının qorunması diqqət mərkəzindədir
- Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü qeyd edilir
- 9 may qələbə günü qeyd edilib
XS
SM
MD
LG