Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:36

55 nəfərdən 54-ü susuzluqdan ölüb


Liviya sahillərindən İtaliyaya gedən, içərisində 55 miqrantın olduğu qayıqda faciə olub. İstidən və susuzluqdan qayığın içindəki 55 adamdan 54-ü ölüb. Onlar Liviya, Eriteriya, Somali və başqa ölkələrin vətəndaşları olub.

Qayıqdakılardan bir nəfər. Eriteriya vətəndaşını Tunisdə balıqçılar xilas edib. O, Tunis xəstəxanalarından birinə yerləşdirilib.

BMT-nin məlumatına görə, onlara əsasən su çatışmazlığından ölüblər.

Həmin şəxsin verdiyi məlumata görə, onlar iyun ayının sonlarında Liviya sahillərindən yola çıxıblar. Özləri ilə ehtiyat su götürməyibmişlər. Şor dəniz suyu içdiklərinə, istiyə və susuzluğa davam gətirmədiklərinə görə bir-bir ölüblər.

BMT-nin məlumatına görə, bu il Liviyadan İtaliya və Maltaya 2300 nəfərdən artıq adam qayıqla gedib. Bu ilin yanvar ayından onlardan 170 nəfəri yolda ölüb.
XS
SM
MD
LG