Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:24

Azad Fotoqraflar Birliyi yeni kino ittifaqı barədə bəyanat verib


Azad Fotoqraflar Birliyi (AFB) bir müddət öncə Azərbaycan Kinemotoqraflar İttifaqına alternativ - «Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı»nın təsis olunmasına münasibət bildirib.

Qurumun yaydığı bəyanatda deyilir ki, «Biz son zamanlar Rüstəm İbrahimbəyovun sədrlik etdiyi Azərbaycan Kinemotoqraflar İttifaqına alternativ, oxşar adla başqa bir qurumun yaradılmasını bu qurumu nüfuzdan salmağa yönəlmiş addım kimi qiymətləndiririk. Azərbaycan Kinemotoqrafçılar İttifaqı mövcud olduğu dövrdə ölkəmizdə kinonun inkişafı üçün xeyli iş görmüş və bundan sonra daha da artığını etməyə qadir bir qurumdur».

AFB-nin fikrincə, ittifaq sədri Rüstəm İbrahimbəyovun son zamanlar Ziyalılar Forumu çərçivəsində ölkədə baş verənlərlə bağlı kəskin və tənqidi fikirlər bildirməsi ona qarşı bir sıra dairələrdə qərəzli mövqeyin formalaşmasına səbəb olub.

«Biz belə bir məqamda AKİ-yə alternativ yaradılmasının əsas səbəblərindən biri kimi də bu halı görürük. R. İbrahimbəyovun bir ziyalı kimi aydın vətəndaş mövqeyini bildirməsini alqışlayır və onun yanında olduğumuzu bildiririk».

İyunun 21-də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təsis olunub. Onun sədri Şəfiqə Məmmədova seçilib. İndi bəzi müstəqil ekspertlər bu qurumun Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi təşkilata alternativ kimi yaradıldığını düşünürlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG