Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:13
İyulun 11-də Əfqanıstan paytaxtı Kabildə qadınlara qarşı zorakılığa etiraz olaraq aksiya keçirilib. Onlarla qadın BMT-nin Kabildəki qərargahının qarşına yığışıb. Onlara bir neçə qadın millət vəkili də qoşulub.

Aksiya Parvan əyalətində 22 yaşlı qadının kənd sakinlərinin gözü qarşısında güllələnməsinə etiraz olaraq keçirilib. Həmin qadın ötən həftə güllələnmişdi. O, ərinə xəyanətdə ittiham olunurdu.

Əfqan hökuməti hadisəni talibançıların törətdiyini bildirir. Taliban isə ittihamı qəbul etmir.

Əfqanıstan prezidenti Hamid Karzai bildirib ki, «bu cür cinayət həm dinə, həm də ölkə qanunlarına görə bağışlanmazdır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG