Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:48

Əfqan qadınları etiraz aksiyası keçirib


Bu gün Əfqanıstanın paytaxtı Kabildə qadınlara qarşı zorakılığa etiraz olaraq aksiya keçirilib. Onlarla qadın BMT-nin Kabildəki qərargahının qarşına yığışıb. Onlara bir neçə qadın millət vəkili də qoşulub.

Aksiya Parvan əyalətində 22 yaşlı qadının kənd sakinlərinin gözü qarşısında güllələnməsinə etiraz olaraq keçirilib. 22 yaşlı qadın keçən həftə güllələnmişdi. Həmin qadın ərinə xəyanətdə ittiham olunurdu.

Əfqan hökuməti hadisəni talibançıların törətdiyini bildirir. Talibançılar isə ittihamı qəbul etmir.

Əfqanıstan prezidenti Hamid Karzai bildirib ki, “bu cür cinayət həm dinə, həm də ölkə qanunlarına görə bağışlanmazdır”.
XS
SM
MD
LG