Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:34

Orta məktəblərin tətil günləri açıqlanıb


Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, tədris planına uyğun olaraq, dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatacaq.

Dərs ilinin birinci yarımili 15 sentyabr - 29 dekabr, ikinci yarımili 6 yanvar - 31 may tarixlərini əhatə edəcək.

Dərs ili ərzində şagirdlər üçün 12-17 noyabrda (6 gün) payız tətili, 30 dekabr - 5 yanvarda (7 gün) qış tətili olacaq. Fevralın 12-17-də (6 gün) I sinif şagirdlərinə əlavə tətil veriləcək.

Məktəblilərin yaz tətili isə 17-24 martda (8 gün) olacaq.
XS
SM
MD
LG