Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:39

Su təchizatında fasilələr olacaq


Bu barədə «Azərsu» ASC-nin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, son günlər ölkə ərazisinə düşən yağıntı ilə əlaqədar dağ çaylarındakı sel və daşqınlar səbəbindən Kür çayında bulanıqlıq səviyyəsi normadan dəfələrlə yüksəkdir.

Suyun həddən artıq bulanıq olması ilə əlaqədar bu gün Kür Sutəmizləyici Qurğular Kompleksinin işində fasilələr tətbiq ediləcək. Bu səbəbdən gün ərzində Hacıqabul şəhəri və rayonun kəndlərinə, həmçinin Bakı şəhəri Qaradağ rayonunun qəsəbələrinə içməli suyun verilməsində fasilələr olacaq.

Emal üçün suyun yolverilən bulanıqlıq həddi 2000 mq/litr-ə qədər olduğu halda, hazırda bu göstərici 50000 mq/litr-dən yüksəkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG