Keçid linkləri

2017, 20 Yanvar, Cümə, Bakı vaxtı 16:36

Toyda kütləvi zəhərlənmə olub, bəy də zəhərlənənlər arasındadır


Arxiv foto

Arxiv foto

İyulun 10-da Quba rayonun Bərqov kəndində keçirilən toy mərasimində qidadan kütləvi zəhərlənmə olub.

APA-nın məlumatına görə, zəhərlənmə faktı ilə bağlı Quba Mərkəzi Rayon Xəstəxanasına (MRX) 25 nəfər müraciət edib. Zəhərlənən 3 nəfərin vəziyyəti ağırdır. Onlardan 2-si azyaşlı, biri isə yaşlı Bərqov kənd sakinidir.

Quba MRX-nın yoluxucu xəstəliklər şöbəsinin müdiri Nizami Gülaliyev bildirib ki, 5 nəfər ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb. Digər 17 nəfər də tibbi müdaxilədən sonra səhhətləri normallaşdığı üçün evə göndərilib.

Zəhərlənmənin səbəblərinin araşdırılması üçün Quba rayon Gigiyena və Epidemiologiya şöbəsinin əməkdaşları Bərqov kəndinə yollanıblar.

Zəhərlənənlər arasında toyu olan bəy də var.

Faktla bağlı araşdırmalar davam etdirilir.
XS
SM
MD
LG