Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:59
Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları arasında elan etdiyi müsabiqənin nəticələri açıqlanıb. Nazirliyin mətbuat xidməti bu barədə məlumat yayıb.

Müsabiqə gənclər təşkilatları arasında dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə hazırlanmış layihələrin maliyyələşdirilməsi məqsədilə keçirilib.

Müsabiqə mövzuları “gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi”, “gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği, “gənclərin məşğulluğunun təmin edilməsi və karyera qurmalarında iştirak”, “gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi”, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının konkret maddələrinin icrası ilə bağlı təkliflər” və s.-ni əhatə edib.

Müsabiqəyə 115 təşkilat layihə təqdim edib. Təqdim edilən layihələrin 4-ü müsabiqənin mövzusularına uyğun gəlmədiyi, 18 təşkilat isə gənclər təşkilatı olmadığı üçün layihələrinə baxılmayıb. 93 gənclər təşkilatının layihələrindən isə 57-nin qismən maliyyələşdirilməsinə qərar verilib.

Maliyyələşdirilən layihələrin ümumi büdcəsi 851.589 manat təşkil edir.
XS
SM
MD
LG