Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:54

“YAP gənclərə xüsusi əhəmiyyət verir”


“Yeni Azərbaycan Partiyası öz fəaliyyətində gənclərə xüsusi əhəmiyyət verir. YAP-ın gənclər siyasətində mühüm yer tutan məqamlardan biri ondan ibarətdir ki, partiyanın üzvü olan hər bir gənc öz fəaliyyəti üçün geniş imkanlara malik olsunlar. Eyni zamanda, gənclərimiz YAP-ın sıralarında fəalliyət göstərməklə siyasi fəallığını daha da artıra bilsinlər”. Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M. Qurbanlının sözlərinə görə, partiya gənc liderlərin yetişməsinə xüsusi əhəmiyyət verir:

“YAP üzvləri içərisində gənclər xüsusi yer tutur və onlar Azərbaycan gəncliyinin avanqard hissəsidir. Partiyamızın gəncləri bütün sahələrdə özlərini təsdiq ediblər. Siyasi liderlik təcrübəsini əldə edən gənclər ictimai-siyasi proseslərdə aktiv iştirak edir, Heydər Əliyev ideyalarını, Prezident İlham Əliyevin siyasətini fəal şəkildə təbliğ edirlər”, deyə YAP İcra katibinin müavini vurğulayıb.
XS
SM
MD
LG