Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:18

Qərb İranın Suriyadakı bhranın həllinə töhvə verəcəyinə ümidlidir


BMT və Ərəb Liqasının Suriyadakı böhranla bağlı xüsusi elçisi Kofi Annan İranın öz dəstəyini təklif etməsini yüksək qiymətləndirib. Tehranda Xarici İşlər naziri Ali Akbar Salehi ilə görüşdən sonra Annan deyib ki, Suriya böhranının həllində İran pozitiv rol oynaya bilər.

Kofi Annan daha öncə Suriya prezidenti Bashar Assadla görüşmüşdü. Ancaq tərəflərin konkret hansı yolla dəstək təklif elədiyini açıqlamayıb.

İran və Rusiya hazırda tənqid olunan Suriya rejiminin beynəlxalq aləmdəki ən güclü müttəfiqləridir. Nüvə proqramına görə Tehranla mübahisədə olan Qərb dövlətləri yenə də İranın münaqişənin sülh yoluyla həllində fəal rol oynamasını istəyirlər.
XS
SM
MD
LG