Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:14

Mİsir parlamenti məhkəmə və ordunun etirazına baxmayaraq toplandı


Ordunun və Ali Məhkəmənin etirazına baxmayaraq islamçıların çoxluqda olduğu Misir parlamenti iyulun 10-da iclas keçirib. Bir neçə dəqiqə davam edən iclas televiziya ilə canlı yayımlanıb. İclasda qərara alınıb ki, parlamentlə bağlı böhranın həlli üçün daha yüksək məhkəməyə müraciət edilsin.

Misirin Ali Məhkəməsi ötən ay verdiyi qərarla parlamenti buraxmaq qərarı verib. Hosni Mobarakdən sonra hakimiyyətdə olan Hərbi Şura da bu qərarı dəstəkləyib.

Misirin yeni seçilən prezidenti, Müsəlman Qardaşlığının namizədi Muhammad Morsi isə parlamentin işinə davam etməsi haqda qərar verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG