Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:32

6 ayda yol qəzalarında 436 adam ölüb


-
Azərbaycanda bu ilin 6 ayında baş verən yol qəzalarının statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında respublikada 1278 yol nəqliyyat hadisəsi baş verib. 436 nəfər ölüb, 1361 nəfər xəsarət alıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəzalarında ölənlərin sayı 3 fakt artıb, xəsarətlər isə 104 fakt azalıb.

Qeydə alınan yol qəzalarının 533-ü Bakı şəhərində törədilib, 148 nəfər ölüb, 584 nəfər xəsarət alıb.

Qəzaların 343-ü avtomobilin yüksək sürətlə idarə olunması, 318-i ötmə qaydalarının pozulması, 117-si isə yolayırıcını keçmə qaydalarının pozulması səbəbindən baş verib.
XS
SM
MD
LG