Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:28

Gəncədən İstanbula 2-ci aviareys açılıb


-
Səbəb bu istiqamətdə uçuş etmək istəyənlərin sayının çox olmasıdır.

Bu barədə Gəncə Beynəlxalq Hava Limanının direktoru Bəylər Nəcəfov məlumat verib.

İyun ayının 25-dən etibarən Gəncə-İstanbul üzrə yeni aviareys açılıb. Uçuşları «Türk Hava Yolları» həyata keçirir. Reyslər həftədə 4 dəfə olmaqla həftənin 2, 4, 6 və 7 günləri «Airbus» təyyarələri ilə aparılır.

B.Nəcəfov yeni reyslərə biletin qiymətini deməsə də, bunun özəl şirkətlərin qiymətindən baha olduğunu bildirdi.

Bu ilin may ayından Türkiyənin özəl «Onur Air» şirkəti Gəncə-İstanbul istiqamətində aviareys açıb. İlk vaxtlar həftədə 3 dəfə baş tutan uçuşların sayı hazırda 5-ə çatdırılıb.

Gündə bu istiqamətdə 150 nəfər hərəkət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG