Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:20

Gəncədə texnopark yaradılacaq


-
Texnoparkda bir neçə elmi-tədqiqat institutu və istehsal müəssisəsi birləşərək fəaliyyət göstərəcək.

Bu barədə Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun direktoru Allahverdi Seyidov məlumat verib.

Burada toxuculuq sənayesi inkişaf etdirilərək barama, yun və pambıq liflərindən son məhsullar istehsal olunacaq.

Allahverdi Seyidov deyir ki, qərb bölgəsi parkın yaradılması üçün çox əlverişlidir. Belə ki, bölgədə qoyunçuluq sektoru fəaliyyət göstərir. Bundan başqa, ərazidə İpəkçilik və Pambıqçılıq institutu da var ki, yüksəkkeyfiyyətli lif istehsal edə biləcəklər.

Texnopark yaradılarsa, institutlar yüksəkkeyfiyyətli lifi hazırlayıb Gəncə Toxuculuq Kombinatına verəcəklər və orada da son məhsul istehsal olunacaq. Bu, eyni zamanda xeyli iş yerlərinin yaradılması deməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG