Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:30

Güclü yağış magistral yolu dağıdıb


İyulun 9-da güclü yağışlar nəticəsində yaranan sel suları Qaraməryəm-İsmayıllı-Şəki avtomagistral yolunun 40 və 43-cü kilometrlərini dağıdıb.

Bu barədə APA-ya İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəfael Əhmədov bildirib.

Onun sözlərinə görə, yol yararsız hala düşüb, dünən axşam hərəkət dayandırılıb: “Bu gün yolun bir zolağı üzrə hərəkət bərpa edilib, amma çox təhlükəlidir. Bununla bağlı aidiyyəti qurumlara məlumat verilib. Hazırda yolun bərpası ilə əlaqədar tədbirlər görülür”.

R. Əhmədov onu da deyib ki, yağan yağışlar rayon ərazisindəki sürüşmə zonalarında yerləşən evlərə ciddi ziyan vurmayıb: “Sel dağ çaylarında baş verib və əsasən magistral yola təsir edib

Günün bütün mövzuları

XS
SM
MD
LG