Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:31
-

İyulun 10-da çıxan qəzetlərin icmalı:

«Yol təmiri, marşrut avtobusları və sərnişinlər»
«Azərbaycan» qəzeti 10 iyul tarixli «Yol təmiri, marşrut avtobusları və sərnişinlər» sərlövhəli yazıda Bakının Zabrat-Maştağa-Bilgəh istiqamətində yolun vəziyyətindən danışılır:

«Sonu görünməyən qazıntılar nəticəsində yol tamamilə yararsız haldadır. Üstəlik, hər iki tərəfin su, kanalizasiya xətləri üçün qazılması, ağır texnikaların işləməsi yolun tam dağılmasına səbəb olub. İndi Sabunçu dairəsindən başlayaraq yol yenidən asfaltlandığı üçün Balaxanıdan Sabunçu dairəsinə qədər olan hissə tamamilə bağlanıb və bu istiqamətdə hərəkət edən nəqliyyat vasitələri ya Balaxanı, ya da Ramanı yolundan istifadə etmək məcburiyyətindədirlər».
«Heydər Əliyev istəməsəydi, gecə ilə Mahnı Teatrı damacaqdı...»
«Yeni Müsavat» qəzetinin bu günkü sayında hakim partiyanın yaradılmasında böyük rolu olan, keçmiş mətbuat naziri Sirus Təbrizlidən müsahibə yayımlayıb. «İndi insanlar lafa yox, əmələ inanır» müsahibəsində Sirus Təbrizli sovet dissidenti kimi tanınan Nadir Ağayevdən danışıb. Xatırladıb ki, o, Heydər Əliyev hakimiyyətə gələndən bir müddət sonra prezidenti tənqid edən vaxtlarda ona yubiley mərasimi keçirib:

Sirus Təbrizli

Sirus Təbrizli

«Rəsmi tədbirdən sonra banket gəldik, Nadir hər dəqiqə durub Sirus Təbrizlini tərifləyir. Axırda qayıtdım dedim ki, sən nə danışırsan a kişi, nə Sirus Təbrizli, nə YAP? Bu yubileyi sənə Heydər Əliyev keçirir. Heydər Əliyev istəməsəydi gecə ilə Mahnı Teatrı damacaqdı, çökəcəkdi. Heydər Əliyev deməsəydi, nə YAP-çılar bura gələcəkdi, nə də sənə banket düzəldəcəkdilər, adamın insafı olar».
«Məhsul niyə istehsalçının əlində qalır?»
«Bizim Yol» qəzeti isə yazır ki, aqrar sektorda acınacaqlı vəziyyət yaranıb. Kəndlilər əziyyətlə becərdikləri məhsulları sata bilmirlər. «Məhsul niyə istehsalçının əlində qalır?» sərlövhəli yazıda müəllif bildirir ki, Rusiya və Gürcüstan keyfiyyət sertifikat tələb etdiyi üçün fermerlər məhsulu xarici bazar çıxmırlar. Kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vasif Məhərrəmli deyir ki, hökumət sistemli şəkildə heç bir aqrar siyasət həyata keçirmir».
Kamal Abdulla: «Küçədəki dil çox əhəmiyyətlidir»
Kamal Abdulla

Kamal Abdulla

«Yeni Azərbaycan» qəzeti sonuncu sayında Azərbaycan dilinin inkişafı ilə bağlı yaradılmış işçi qrupun rəhbəri professor Kamal Abdulla AzərTAc-a müsahibəsini yayımlayıb. Kamal Abdulla bildirib: «Dil ancaq dilçilərin inhisarı deyildir. Ancaq dil məsələlərini dilçilər olmadan nəzərdən keçirmək də olmaz. Ona görə də dillə, dilçiliklə bağlı Dövlət Proqramının layihəsini hazırlayan işçi qrupuna təkcə akademiyanın deyil, həmçinin ali məktəblərin dilçiləri, filoloqları da daxildir. Hətta belə bir fikrimiz var ki, küçədə, bazarda işləyənlərin, taksi sürücülərinin, mənzil-istismar idarələrinin nümayəndələri ilə də görüş keçirək.
- Küçədə, bazarda işləyənlər də təklif verəcəklər?
- Bəli, niyə də yox? Küçədəki dil çox əhəmiyyətlidir. Bilən bilir, yeni italyan dili məhz küçə və bazar latıncasından yarandı. «İlahi komediya» bu dildə yazılıb. Bir sözlə, hamı təklif verə bilər».
«İsa Qəmbərin adını çəkməməyim suallar yarada bilərdi» sərlövhəli yazıda «Azadlıq» qəzeti Müsavat partiyasının funksioneri Arif Hacılı müsahibə dərc edib. Vahid namizədlə bağlı partiya başqanı İsa Qəmbərin adını çəkməsini o, qəzetə belə izah edib:

«Prezidentliyə namizədimin İsa Qəmbər olduğunu bildirməməyim, bu suala cavabdan yayınmağım suallar yarada bilərdi».

Günün bütün mövzuları

XS
SM
MD
LG