Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:04

"Samsung" "Apple"-ə qalib gəldi


Britaniya məhkəməsi Apple və Samsung şirkətləri arasında patent mübahisəsində Samsungun lehinə qərar verib.
Apple Samsungu məhkəməyə vermişdi ki, Samsung öz tabletlərinə dizaynı Apple-dən götürüb.

Hakim bildirib ki, Samsungun Galaxy tabletləri Appl-ın iPad-larının “dizaynını təkrarlamır, çünki onlar kimi yaraşıqlı deyillər”.

Hakim bildirib ki, Galaxy kompüterlərinin Apple-dəki “anlaşılan və çox sadə dizaynı yoxdur”.

Apple Samsungu 10 ökədə məhkəməyə verib.

London məhkəməsinin qərarından sonra Samsung Apple-i dizayna görə həddən artıq məhkəmə iddialarında günahlandırıb. Apple isə bildirir ki, Samsung onun tabletlərini təkrarlayır və məhkəmə iddialarını davam etdirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG