Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:14

Krasnodardakı dəhşətli daşqında azərbaycanlı ailələrə də ziyan dəyib [VIDEO]


Rusiyanın Krasnodar diyarında baş verən daşqın zamanı azərbaycanlılar arasında tələfat olmayıb. Amma 3 azərbaycanlı ailəsinə ziyan dəyib. Həmin ailələrdən birinin – Faiq Mustafayevin 5 nəfərlik ailəsinin yaşadığı ev isə tamamilə su altına qalıb.

Bu barədə AzadlıqRadiosuna müsahibəsində Ümumrusiya Azərbaycan Konqresinin Krasnodar diyarı üzrə təşkilatının sədri Şahlar Novruzov deyib^

- Qalan iki ailənin evinə yüngül ziyan dəyib. Amma Faiq Mustafayevin evi 2,5 metr su altında qalıb. Yaxşı ki ailə başçısı evdə olub. Körpə uşağı da xilas edərək evi tərk edə biliblər. Evin yalnız divarları qalıb.

S.Mustafayevin ailəsi indi daşqın zonasından kənarda yaşayan valideynlərinin evinə sığınıb.

Ş.Novruzov deyir ki, onlar Konqresin adından daşqın zonasına bir “Kamaz” humanitar yardım gətiriblər.

İçməli su, meyvə, yuyucu vasitələr, tez hazırlanan yeməklərdən ibarət yardımdan daşqından zərər çəkmiş azərbaycanlılara pay ayrılandan sonra yardımın əsas hissəsi Krasnodarda fəlakət qurbanlarına kömək üçün yaradılmış qərargaha təhvil verilib.

Ş.Novruzovun verdiyi məlumata görə, Krasnodar diyarında ümumilikdə 14 min nəfərdən çox azərbaycanlı yaşayır. Daşqın zonasında yaşayan azərbaycanlıların sayı isə 100 nəfərdən çoxdur.

BİR AİLƏNİ XİLAS EDƏN SİQNALİZASİYA

Daşqın iyulun 6-dan 7-nə keçən gecə baş verib.

AzadlıqRadiosunun rus xidmətinin müxbirləri də daşqın zonasında işləyir, insanların başına gələnləri dinləyib lentə alırlar.

Həmin gecə Krımsk şəhərində yaşayan qohumu təşviş içində Viktor Voloşinin evinə zəng edir.

Voloşin telefonu götürüb qohumu ilə bir az danışandan sonra xətt kəsilir. Amma bu bir neçə dəqiqəyə qohumu Voloşinə anlada bilir ki, Krımsk daşqın altındadır və ailəsini güclə xilas edə bilib.

Voloşin o gecə olanları AzadlıqRadiosunun rus xidmətinə danışır:

“O dedi ki, gecə saat üçdə maşınının siqnalizasiyasının işə düşdüyünü eşidib. Bayıra çıxanda daşqın baş verdiyini, suyun artıq dizəcən qalxdığını görüb. Suyun gətirdiyi bir Yaxınlarını itirənlər...

Yaxınlarını itirənlər...

qutu maşına çırpılmaqda olduğu üçün siqnalizasiya işə düşübmüş.

Bunu görən kimi dərhal evə girib. Vaxtı yalnız ona çatıb ki ailəsini oyatsın, pul və sənədlərini götürüb çardağa çıxsınlar. Su sürətlə evə dolmağa başlayıb”.

Voloşinin özü daşqın zonasından kənarda yaşayır. O dərhal maşına minərək qohumugilə sürüb.

Amma Krımska çatanda daşqın zonasına girməyin mümkün olmadığını görüb.

Ona danışıblar ki, gecənin bir aləmi sakinlərin yuxuda olduğu bir vaxtda şəhəri 5 metr hündürlüyündə sel-su basıb.

Maşınları çevirib, evlər palçıqlı su altında qalıb.

170-dən çox qədər insan həlak olub. Onların əksəriyyəti uşaq və qocalardır.

HƏYƏTDƏ ÜZƏN MEYİTLƏR

Dərhal da sosial şəbəkələrdə fəlakət zonasında çəkilmiş videolar, fotolar peyda olub.

Krımsk sakinlərindən biri isə statusunda yazıb ki, “mənim qardaşımın qonşuluğunda yaşayan ailə - üç nəfərin üçü də boğulub. Meyitləri bütün günü öz həyətlərində o yan-bu yana üzməkdədir”.

Gelincik şəhərindən keçmiş suyun hündürlüyü isə 1,5 metr olub.

Amma daşqın qonasında kədərə qəzəb də qarışıb.

Daşqın qurbanları Krımskdakı qəbiristanlıqda yaxınları dəfn edirlər.

Daşqın qurbanları Krımskdakı qəbiristanlıqda yaxınları dəfn edirlər.

Bir çox sakinlər soruşurlar ki, daşqınlara meylli ərazidə məmurların fəlakətlə bağlı heç bir proqnoz, xəbərdarlıq, evakuasiya göstərişi verməməsi şübhəlidir.

Bəziləri isə daha da irəli gedərək bildirirlər ki, məmurlar qəsdən su anbarını açıb suyu buraxıblar. Məqsəd də Novorossiysk kimi iri şəhərin su altında qalmasına imkan verməmək olub.

Hakimiyyət orqanları su anbarının ağzını qəsdən açdıqlarını inkar edirlər, amma etiraf edirlər ki, güclü yağışlara görə, su anbarından “müəyyən qədər su təbii yolla” axıdılıb.

Fəlakətə gec reaksiya verilməsindən doğan tənqidlərlə üzləşən prezident Putin daşqınla bağlı təhqiqat aparılmasına göstəriş verib və Krasnodar qubernatoru Aleksandr Tkaçovu kəskin tənqid edib.

Krımskın böyük hissəsi susuz, qazsız, kanalizasiyasız qalıb.

Xəstəliklərin yayılmasının qarşısını almaq üçün sakinlərə içməli su çatdırılır.

Amma məmurlardan başqa ictimai fəallar da sakinlərə yardım toplamaq təşəbbüsləri ilə işə başlayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG