Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:34

Hollande də erməni soyqırımını danmağı qanundan kənar etmək istəyir


Fransa prezidenti Hollandenin ofisi bildirib ki, Holande seçkiqabağı Fransa ermənilərinə verdiyi sözə sadiq qalacaq və 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərin öldürülməsinin soyqırım olmasını danmağı qanundan kənar edəcək.

Bu bəyanat Fransa xarici işlər nazirliyinin verdiyi bəyanatdan cəmi bir neçə gün sonra səslənib.

Fransanın xarici işlər nazirliyi bildirirdi ki, erməni soyqırımını danmağı cinayət hesab edən qanundan imtina olunur.
İndi isə Hollandenin ofisi bildirir ki, prezidentin mövqeyi aydındır və məqsədlərə nail olunacaq”.

Bunu xəbər verən Reuters yazır ki, Konstitusiya məhkəməsi erməni soyqırımını danmanı cinayət hesab edən qanunu çox güman ki, yenə rədd edəcək.
Fransanın gündəlik JDD qəzeti xəbər verir ki, buna görə də Hollande hökuməti qanunda alternativ yollar axtarır.
Bunlara o cümlədən, sərəncamla və fərmanla müəyyən olunan cərimələrin tətbiqi daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG