Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:19

Bir ildə 1800 adam ABŞ vətəndaşlığından imtina edib


Keçən il 1800 şəxs Amerika vətəndaşlığından və ya daimi yaşayış icazəsi verən “yaşıl kartdan” imtina edib.
Belə statistikanın aparılmağa başladığı 1998-ci ildən bəri bu, rekorddur.

İyulun 9-da Grammy mükafatına nominant olmuş 68 yaşlı Denise Rich də ABŞ pasportunu geri qaytardı.

Aretha Franklin kimi məşhur müğənnilərə mahnılar yazmış Rich ABŞ vətəndaşlığından imtina etməklə on milyonlarla dollar pulu vergidən xilas etmiş olur.

Reuters yazır ki, son vaxtlar bir sıra varlı amerikalılar məhz vergini azaltmaq üçün ABŞ pasportlarını geri qaytarırlar.

Bir neçə ay əvvəl Facebookun yaradıcılarından olan Eduardo Saverin ABŞ vətəndaşlığından imtina edərək Sinqapur vətəndaşı oldu.
Reuters yazır ki, Sinqapur ofşor vergi cənnətidir.

Massaçusets ştatında anadan olmuş Richin atasının Avsriya pasportu olub.
Bunun sayəsində o, Avsriya vətəndaşlığı alıb.

Avsriya da ABŞ kimi öz vətəndaşlarının bütün dünya böyu əməliyyatlarından vergi tutur, ancaq Avsriyadan yarım il kənarda yaşayanlara Avsriya böyük vergi güzəştləri edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG