Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:39

Əfqan hökuməti ərinə xəyanətdə ittiham olunan qadının edamı ilə bağlı istintaqa başlayıb


Əfqanıstan hökuməti ərinə xəyanətdə ittiham olunan qadının ictimai edamını araşdırmağa göstəriş verib.
Daxili İşlər nazirliyinin sözçüsü Sediqi bunu zorakılıq və terror aktı adlandırıb və bunda hansı talibançıların günahkar olduğunun üzə çıxarılacağına söz verib.

Yayılan videoda bir qadın başından güllə iolə vurularaq kütlə qarşısında edam olunurdu.
Əfqanıstan hökuməti ilkin bəyanatında bu edamı islam və insanlıq əleyhinə hərəkət adlandırmışdı.
Ehtimala görə, bu edam Kabilin 100 km-liyində olan Parvan vilayətində baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG