Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:47

6 ayda 0.11 faiz inflyasiya qeydə alınıb


-
İqtisadi Tədqiqatlar Mərkəzi Azərbaycanın 10 regionunda iyun ayı və ilin ilk yarısında apardığı müşahidənin nəticələrini təqdim edib.

Nəticələrə görə, iyun ayında deflyasiya qeydə alınıb, istehlak qiymətləri 0.29 faiz azalıb. Ay ərzində ərzaq məhsulları 0.61 faiz ucuzlaşıb, qeyri-ərzaq məhsulları 0.03 faiz, xidmət tarifləri isə 0.17 faiz artıb.

Hesablamalar göstərib ki, 2012-ci ilin ilk yarısında ölkədə 0.11 faiz, o cümlədən Bakıda 1.30 faiz inflyasiya, regionlarda isə 1.06 faiz deflyasiya qeydə alınıb. Ərzaq məhsulları 0.05 faiz, xidmətlər 1.66 faiz bahalaşıb, qeyri-ərzaq məhsulları isə 0.96 faiz ucuzlaşıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə 6.58 faiz bahalaşma qeydə alınıb. /Media Forum/

Günün bütün mövzuları

XS
SM
MD
LG