Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:32

Naryshkin: «Rusiya Qarabağ münaqişəsinin kənardan hazır reseptlərlə həllinə qarşıdır»


Sergei Naryshkin

Sergei Naryshkin

-
«Rusiya həmişə Cənubi Qafqazda əmin-amanlıq və stabilliyin bərqərar olmasına tərəfdar olub».

APA bildirir ki, bu fikirləri Rusiya Dövlət Dumasının sədri Sergei Naryshkin Bakı Slavyan Universitetində çıxışı zamanı deyib.

Onun fikrincə, bu kontekstdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mühüm əhəmiyyət kəsb edir:

«Rusiyanın bu məsələdə mövqeyi dəyişməz qalır. Biz bu problemin kənardan hazır reseptlər əsasında həllinə qarşıyıq. Qəti şəkildə əminik ki, bu problem hər iki tərəfin maraqları təmin olunacağı təqdirdə həll edilə bilər. Belə həll yolu tapılsa, Rusiya bu razılaşmanın qarantı rolunda çıxış etməyə hazırdır. Lakin münaqişənin nizamlanmasına görə məsuliyyət yenə də Azərbaycan və Ermənistan xalqlarının üzərinə düşür».

S.Naryshkin Rusiyanın sabiq prezidenti Dmitry Medvedev'in təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri arasında 10 görüş keçirildiyini xatırladıb:

«Bu görüşləri tam nəticəsiz adlandırmaq olmaz. Keçirilən görüşlər tərəflərin mövqelərini müəyyənləşdirməyə və Dağlıq Qarabağ münaqişəsinin həll istiqamətlərini müəyyənləşdirməyə imkan verdi».

Dövlət Dumasının sədri son zamanlar cəbhə xəttində baş verən insidentlərdən narahatlığını ifadə edib:

«Biz həmişə öz mövqeyimizi qəti şəkildə ortaya qoymuşuq – güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək münaqişənin nizamlanması üçün əsas şərtlərdən biridir. Mən optimistəm və ümid edirəm ki bu münaqişə sülh yolu ilə həllini tapa bilər».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG