Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:08

Meteohəssas insanlar üçün hava əlverişsiz olacaq


-
İyunun 10-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu 22-25 dərəcə təşkil edəcək.

Tibbi-meteoroloji proqnozlara əsasən, iyulun 10-12-də Abşeron yarımadasında temperaturun tədricən yüksəlməsi meteohəssas insanlarda günorta saatlarında isti diskomfort hissi yarada bilər.

Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 20-25, gündüz 31-36, dağlarda gecə 9-13, gündüz 19-24 dərəcə isti olacaq.
XS
SM
MD
LG