Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:43

Aşqabadda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü olacaq


Sentyabr ayına kimi Aşqabadda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin dənizin statusuna dair növbəti çoxtərəfli görüşü keçiriləcək.

Bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.

Görüşdə Xəzərin hüquqi statusuna dair Konvensiya layihəsi ilə bağlı müzakirələr aparılacaq.

Xələf Xələfov həmin görüşə paralel olaraq Xəzərin statusu ilə bağlı Azərbaycan-Türkmənistan, Azərbaycan-İran ikitərəfli danışıqlarının aparıldığını da deyib:

«Danışıqlar prosesinin potensialı hələ tükənməyib, biz bu potensialdan tam istifadə etməliyik».

/apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG