Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:26
-
AXCP-nin Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli Yetkinlik yaşına çatmayanlar üçün İslah müəssisəsinin qarşısında aclığa başlayıb.

Bu haqda AzadlıqRadiosuna Təzəxan Mirələmli məlumat verib.

O, bu müəssisədə cəza çəkən oğlu Vasif Mirələmlinin artıq üçüncü gündür aclıq etdiyini bildirir. Müxalifətçinin dediyinə görə, həbsxanada hüquqları pozulan oğluna dəstək məqsədilə bu addımı atır:

«Vasifi bəzi şeylərə məcbur edirlər. Onunla görüşə də imkan vermirlər. Dünən – iyulun 8-də rəisin yanında kənardan mənə göstərdilər. Bircə bunu dedi ki, mən onların dediklərini etməyəcəm. Oğlumu nəyəsə məcbur edirlər. Vasif də aclıq edir. Dünən səhhəti yaxşı deyildi. Deyirlər ki, həkim nəzarətindədir. Rəis də deyir ki, 14 gün karantində saxlayacaqlar. Bu da təzyiq vasitəsidir».

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsindən AzadlıqRadiosuna dedilər ki, Vasif Mirələmli aclıq etmir:

«Çünki o, aclığa başlaması haqda müəssisə rəisinə yazılı müraciət etməliydi. Amma ortada belə müraciət yoxdur».

Lənkəran Ağır Cinayətlər Məhkəməsi 16 yaşlı Vasif Mirələmovu 8 il azadlıqdan məhrum edib.

O, həmyaşıdını qətlə yetirməkdə təqsirli bilinib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG