Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:28

Ernest Borgnine 95 yaşında vəfat edib


ABŞ-da məşhur aktyor, “Oskar” mükafatı laureatı Ernest Borgnine 95 yaşında vəfat edib. O, bazar günü Los-Ancelsdə xəstəxanada vəfat edib.

Aktyor böyrək çatışmazlığından əziyyət çəkirdi.

Ernest Borgnine “Oskar” mükafatını 1995-ci ildə “Marty” filmindəki ən yaxşı kişi roluna görə almışdı. Son vaxtlar o “Çirkli düjün”, “Super polis”, “Nyu-Yorkdan qaçış” və başqa filmlərində çəkilmişdi. Bundan başqa o cizgi filmlərini də səsləndirirdi.
.
XS
SM
MD
LG