Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:03

Qanlı bazar günü


Ötən bazar günü Əfqanıstanda son ayların ən qanlı günü olub. Baş verən silahlı hücumlar və terror aktları nəticəsində azı 35 nəfər ölüb.

Ölkənin şərqində mina partlaması nəticəsində NATO-nun 6 hərbçisi həlak olub. Onların hamısı ABŞ vətəndaşlarıdır. Daha bir əcnəbi hərbçi isə ölkənin cənubunda baş verən partlayış nəticəsində həlak olub.

Silsilə partlayışlar və hərbi toqquşmalar nəticəsində Qəndəhar və Hilmənd əyalətlərində isə 28 nəfər öldürülüb. Onların arasında dinc sakinlər və polis əməkdaşları var.
XS
SM
MD
LG