Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:37

Donor ölkələr Əfqanıstana 16 milyard vəd edib


Tokioda Əfqanıstanla bağlı keçirilən beynəlxalq konfransda donor ölkələr 2015-ci ilədək
Kabilə 16 milyard dollar vəsat ayrılacağını vəd ediblər.

Bu vəsait Əfqanıstanda siyasi və iqtisasdi islahatların davam etdirilməsinə sərf olunmalıdır.

Amma donor ölkələr bu vəsaitin məmurların cibinə getməyəcəyinə təminat istəyirlər.

Əfqanıstan prezidenti Hamid Karzai konfransda çıxış edərkən korrupsiyaya qarşı mübarizə aparacağını vəd edib.

Əfqanıstan son 10 ildə beynəlxalq aləmdən 60 milyard dollaradək vəsait alıb.

Amma bu vəsaitin hamısı təyinat üzrə xərclənməyib.

Beynəlxalq ekspertlərin gəldiyi qənaətə görə Əfqanıstan dünyada ən çox korrupsiyaya qurşanmış ölkələrdən biridir.
XS
SM
MD
LG