Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:48

Prezident İ.Əliyev Rusiya Dövlət Dumasının sədrini qəbul edib


Foto arxiv
Foto arxiv
Azərbaycan prezidenti İlham Əliyev Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, prezident Krasnodar diyarında daşqın nəticəsində çoxsaylı insan tələfatına görə Rusiyaya başsağlığı verib, Sergey Narışkini Dövlət Dumasının sədri seçilməsi münasibətilə təbrik edib.

Görüşdə iki ölkə arasındakı münasibətlər və əlaqələrin daha da inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Sergey Narışkin və Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyu 2 ölkə arasındakı əlaqələrin inkişafı və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edib.
XS
SM
MD
LG