Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:41

Barack Obama Liviyanı təbrik edib


ABŞ prezidenti Barack Obama Liviyanı son onilliklərdə ölkədə keçirilmiş ilk azad seçkiyə görə təbrik edib və bunun demokratiyaya keçiddə növbəti addım olduğunu bildirib.

Son məlumata görə şənbə günü keçirilmiş parlament seçkisində 60 faizə yaxın seçici iştirak edib.

Təhlükəsizlik baxımından ölkənin şərq rayonlarında 20-dən çox seçki məntəqəsi açılmayıb.

Benqazi də daxil olmaqla şərq bölgələri 200 yerlik parlamentdə onlara 60, qərb bölgəsinə isə 100-dən çox yer verilməsinə etiraz edirlər.

Misir və Tunisdə olduğu kimi islamçıların parlamentdə daha çox yer alacaqları gözlənilir.

Bu keçmiş dikdator Muammar Qaddafinin devrilməsi və qətlindən sonra ölkədə keçirilən ilk parlament seçkisidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG