Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:19

Karzai:" İslahtların davamı üçün Əfqanıstana maliyyə dəstəyi lazımdır"


"Əfqanıstanda siyasi və iqtisadi islahtları möhkəmləndirmk, davam etdirmək üçün ölkəyə növbəti maliyyə dəstəyi gərəkdir".

Bunu Əfqanıstan prezidenti Hamid Karzai Əfqanıstanla bağlı donor ölkələrin Tokioda keçirilən konfransında çıxış edərkən bildirib.

Konfransda əsasən NATO qüvvələrinin 2014-cü ildə Əfqanıstanı rətk etməsindən sonra bu ölkədəki vəziyyət müzakirə olunur.

Donor ölkələr yaxın 4 il ərzində Əfqanıstana 16 milyard dollaradək vəsait ayırmağı vəd ediblər.

Amma onlar Kabildən bu vəsaitin məmurlarin cibinə getməyəcəyinə təminat istəyirlər.

Hamid Karzai çıxışında korrupsiya ilə mübarizənin onun hökuməti qarşısında duran əsas məsələ olduğunu deyib.

Tokio konfransında təxminən 70 ölkə və təşkilatdan nümayəndələr iştirak edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG