Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:43

H.Clinton: «Bashar Assad rejiminin sonu artıq yaxınlaşıb»


Hillary Clinton Əfqanıstanda mətbuat konfransı zamanı

Hillary Clinton Əfqanıstanda mətbuat konfransı zamanı

ABŞ Dövlət katibi Hillary Clinton Suriya münaqişəsinin dinc həlli yolunun getdikcə tükəndiyini, Suriya dövlətinin iflas təhlükəsininsə artığını deyib.

O bunu Əfqanıstana beynəlxalq yardımla bağlı bazar günü Tokioda keçirilən konfransda bəyan edib.

O ötən ayın Suriya münaqişəsi dövründə an qanlı ay olduğunu bildirib və qeyd edib ki, prezident Bashar Assad rejiminin sonu artıq yaxınlaşıb.

Amma dövlət katibi qeyd edib ki, Suriyanı hadisələrin faciəvi inkişafından xilas etmək hələ ki, mümkündür.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.

BMT bu müddət ərzində 10 mindən çox adamın öldürüldüyünü deyir.

Keçən ay Suriya parlamentində çıxış edən Bashar Assad deyib ki, Suriya müstəmləkəçilik dövründən sonra ən ağır dövrünü yaşayır. O xarici qüvvələri Suriyanı vətəndaş müharibəsinə sürükləməkdə günahlandırıb.

XS
SM
MD
LG