Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:34

Krasnodarda daşqından kütləvi ölümə görə cinayət işi açılıb


Rusiyanın Krasnodar diyarında daşqından ölənlərin sayı 150-ə çatıb.

Rusiya prezidenti Vladimir Putin əhaliyə xəbərdarlıq edilməməsi ilə bağlı istintaq aparılmasını tələb edib.

Mütəxəssislərin hesablamasına görə, bir neçə gün ərzində krasnodar diyarına 2 aylıq norma səviyyəsində yağış düşüb.

Federal Su Resursları Agentliyi yaxınlıqdakı su anbarlarından birindən suyun buraxılması və bunun daşqına səbəb olması ilə bağlı dolaşan məlumatları təkzib edib.

Daşıqn nəticəsində 12 min adam xəsarət alıb, ilkin 320 nəfərə tibbi yardım göstərilib, təxminən 30 min sakin işıqsız qalıb.

Ən çox ziyan Krımsk şəhərinə dəyib.

Qarətlər olduğu bildirilir.

Bazar günü sənədlərini itirmiş sakinlərə yeni sənədlər verilməsinə bağlanıb.

Bazar ertəsindən isə əhaliyə kompensasiya ödənilməsinə başlanacaq.
İyulun 9-u Krasnodarda matəm günü elan edilib.
XS
SM
MD
LG