Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:26

Ban Kİ Moon Suriyadakı müşahidəçilərin sayını azaltmağa çağırıb


BMT-nin baş katibi Ban Ki Moon Suriyadakı beynəlxalq müşahidəçilərin sayının azaldılmasını və diqqəti münaqişənin siyasi həllinə yönəltməyi təklif edib.

İki həftədən sonra Suriyadakı beynəlxalq müşahidəçilərin mandatı sona yetir.

Hazırda bu ölkədə 300 müçahidəçi var.

Çərşənbə günü BMT təhlükəsizlik şurasında bu missiyanın mandatının uzadılması ilə bağlı səsvermədən əvvəl onun fəaliyyəti müzakirə olunacaq.

Suriyanın Dostları Qrupu cümə günü Parisdə keçirdikləri görüşdə Dəməşqə qarşı sanksiyaları kəskinləşdirməyə çağırıblar.

Onlar yektilliklə bildiriblər ki, prezident Bashar Assad hakimiyyətdən getməlidir.

1 ildən çoxdur ki, Suriyada Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.

BMT bu müddət ərzində 10 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG