Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:03

Rumınyada prezidentin səlahiyyətləri Krin Antoneskuya keçib


Rumınyada prezidentin səlahiyyətləri solmərkəzçi koalisiyanın nümayəndəsi Krin Antoneskuya həvalə edilib.

Ölkə parlamenti cümə günü prezident Troian Bassescunun səlahiyyətlərinin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

30 gün ərzində prezidentə etimad məsələsi ilə bağlı referendum keçirilməlidir.

Hakim solçu Liberal-sosial ittifaqından olan deputatlar sağmərkəzçi prezidenti 2010-ci ildə büdcə xərclərini kəskin ixtisar etməklə, baş nazirin səlahiyyətlərini qanunsuz ələ keçirməkdə günahlandırırlar.

Amma Bassescu ittihamı rədd edir və bunu Rumınyanın beynəlxalq imicinə yönəlmiş lampaniya sayır.

Avropa Birliyi və Birləşmiş Ştatlar Rumınyada yaranmış siyasi böhrandan narahatlıq bildiriblər.
XS
SM
MD
LG