Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:56

Fərhad Bədəlbəyli: «AB prezidentinin çıxışı məni dəli elədi»


Fərhad Bədəlbəyli

Fərhad Bədəlbəyli

-
İyulun 8-də Azərbaycana səfər edəcək ATƏT-in baş katibi Lamberto Zannier'in «Dağlıq Qarabağın azərbaycanlı icması» İctimai Birliyi ilə görüşü nəzərdə tutulmayıb.

Bu barədə APA-ya açıqlamasında İctimai Birliyin İdarə Heyətinin üzvü, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli bildirib.

F.Bədəlbəyli deyib ki, iyulun 10-da Bakıya gələcək ATƏT-in Minsk qrupu həmsədrlərinin də icma üzvləri ilə görüşü gözlənilmir. Bu tipli görüşlərin onsuz da nəticə vermədiyini vurğulayan F.Bədəlbəyli avropalılara heç bir ümidinin qalmadığını söyləyib:

«Mənim avropalılara heç ümidim yoxdur. Cənub qonşumuzla məsələ aydındır, şimal qonşumuza da inanmağa dəyməz. Ümumiyyətlə, heç kimə inanmıram. Azərbaycanın taleyini yalnız özümüz həll edə bilərik. Ordu daha güclü olmalı, problemi yalnız və yalnız özümüz həll etməliyik. Heç kimə ümid bəsləmək mümkün deyil, heç kimə inanmıram. Həmsədrlərlə görüş zamanı onlar bizə gülürlər. Heç olmasa, Avropa Birliyi, Avropa Parlamentində icmaların görüşünü təşkil etsinlər. Bunu da etmirlər. Onda niyə gəlirlər?».

F.Bədəlbəyli bu həftə Azərbaycanda səfərdə olmuş Avropa Birliyinin prezidenti Herman van Rompuy'u da tənqid edib:

«Onun çıxışı məni dəli elədi. «Ərazi bütövlüyünün pozulmasına təəssüflənirik» ifadəsini ümumiyyətlə başa düşmədim. Bu nə sözdür, necə yanı təəssüflənirik? Bunların hərəkətlərini heç cür anlamıram».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG